
Səudiyyə Ərəbistanı paytaxtı Şərqi Qüdsdə olan müstəqil Fələstin dövlətinin yaradılması üçün səylərini davam etdirəcək.
XİN vurğulayır ki, krallığın vəliəhd şahzadəsi və baş naziri Məhəmməd bin Salman Al Səud bu mövqeyi əvvəllər 2024-ci ilin sentyabrında doqquzuncu çağırış Şurasının birinci sessiyasının açılışındakı çıxışında birmənalı şəkildə təsdiqləyib.
Nazirlikdən bildirilib ki, krallıq həmçinin Fələstin xalqının qanuni hüquqlarına qarşı hər hansı müdaxiləni qeyd-şərtsiz rədd etdiyini təsdiqləyir.