Rusiya və Ukrayna müharibənin bu il başa çatması üçün nədənsə imtina etməlidir.

Bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxin deyib.

O bildirib ki, Ukrayna və ABŞ-nin ümumi məqsədi mümkün qədər tez sülhə nail olmaqdır.

Diplomat, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Trampın mümkün görüşü barədə də danışıb: “Görüşdə konkret addımlar müzakirə olunacaq. Həmçinin müharibənin sülh yolu ilə nizamlanmasının əsas istiqamətləri və mümkün kompromislər barədə fikir mübadiləsi aparılacaq. Biz liderlər səviyyəsində görüşü gözləyirik”.

İstinadlar Report