Türkiyənin Ukraynadakı müharibə ilə bağlı vasitəçiliyi qüvvədədir.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu”nun efirində deyib.
O bildirib ki, müharibə artıq Rusiya ərazisinə keçib: “Hər gün on minlərlə top mərmisi atılır. Hər iki tərəf qarşı tərəfi təzyiq altında saxlamağa çalışır”.
H.Fidan söyləyib ki, beynəlxalq ictimaiyyət Şərqi Avropada baş verənlərə adekvat münasibət göstərmir.