İran ABŞ ilə danışıqlarda maraqlı deyil, bunun üçün əsaslar olmalıdır.

Bunu Finlandiyada səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Biz (nüvə proqramına dair razılaşmadan – red.) imtina etmirik. Bu ideal bir razılaşma idi, çünki yaxşı bir razılaşmanın əlaməti, onun heç kimi tam qane etməməsindən ibarətdir. Müqavilə o zaman pis olacaq ki, tərəflərdən biri tamamilə razı qalsın”, – deyə nazir bildirib.

Onun fikrincə, əvvəlki ABŞ hökumətinin əldə etdiyi razılaşmalara ölkənin yeni hakimiyyəti tərəfindən də əməl olunmalıdır.

İstinadlar Report