Çin şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə iştirakı iqtisadi əməkdaşlığa daha da təkan verəcək.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Asiya İdarəsinin rəisi Ramil Rzayev “Azərbaycan-Çin Münasibətlərinin Yenidən Qiymətləndirilməsi: İrəliyə Doğru Yol” mövzusunda keçirilən tədbirin “Azərbaycan və Çin arasında qarşılıqlı fayda naminə əməkdaşlıq: iqtisadi, mədəni və insanlar arasında mübadilələr” panelində çıxışı zamanı deyib.
O qeyd edib ki, Bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda keçiriləcək və Çin ilə Azərbaycan arasında bu istiqamətdə əməkdaşlıq uğurla davam edir: