
ABŞ-dən qanunsuz miqrantların kütləvi deportasiyası bir neçə min polyaka təsir edə bilər.
Bunu Polşa XİN müavini Vladislav Teofil Bartoşevski bildirib.
“Bu problem bir neçə min həmvətənimizə təsir edə bilər”, – diplomat deyib.
Yanvarın 21-də hökumətin iclasından əvvəl Polşanın Baş naziri Donald Tusk XİN başçısı Radoslav Sikorskiyə ABŞ-dəki konsulluq müəssisələrini polyakların mümkün deportasiyasına hazırlamağı tapşırıb. Bununla əlaqədar diplomatik nümayəndəliklər əməkdaşların əlavə növbətçiliyini tətbiq ediblər. Nyu-Yorkdakı baş konsul Mateuş Sakoviçin sözlərinə görə, polyak diasporu hələlik ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən elan edilmiş qanunsuz miqrasiya ilə mübarizə kampaniyası ilə bağlı narahatlıq ifadə etməyib.