İran ona qarşı tətbiq edilən sanksiyaların ləğvini təmin etmək məqsədilə nüvə proqramı ilə bağlı etimad yaratmaq üçün Rusiya və Çinlə məsləhətləşmələr aparır.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“Hazırda biz Avropa “üçlüyü”, (Almaniya, Böyük Britaniya və Fransa) eləcə də, ayrı-ayrılıqda Rusiya və Çinlə qarşılıqlı hörmətə əsaslanan məsləhətləşmələr aparırıq. Məqsəd İrana qarşı tətbiq edilən qeyri-qanuni sanksiyaların ləğvi müqabilində nüvə proqramımızla bağlı etimad yaratmaq və daha çox şəffaflığa nail olmaq yollarını araşdırmaqdır”, – nazir vurğulayıb.

O qeyd edib ki, Tehran təzyiq altında və onu qorxutmağa çalışdıqları bir vəziyyətdə danışıqlar aparmayacaq.

İstinadlar Report