
“Təəssüf ki, indiyədək heç kim bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını qorumağa, o cümlədən onların təhlükəsizlik və ləyaqət şəraitində qayıtmaq hüquqlarını təmin etməyə dair çağırış etməyib”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türkün bölgədəki vəziyyətlə əlaqədar şərhinə münasibətində deyib.