Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşini qəbul edib.

Bu barədə Yaxın Şərq ölkəsinin diplomatik missiyasının mətbuat xidməti bildirib.

“BƏƏ-nin Azərbaycandakı səfiri Zati-aliləri Məhamməd Əl Bluşi Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Zati-aliləri Elmar Məmmədov ilə görüşüb, iki ölkə arasında müxtəlif sektorlarda iqtisadi əməkdaşlığın perspektivləri müzakirə edilib”, – paylaşımda qeyd olunub.

İstinadlar Report