
İran Prezidenti İbrahim Rəisi, xarici işlər nazirini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı xəbər bizi dərindən narahat edir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib:
“Xilasedicilər hadisə yerinə çatmağa çalışarkən onların təhlükəsizliyi və qorunması üçün dua edirik. Azərbaycan dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır”.