“Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Rəsmi Parisin bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı Fransaya aydın olmalıdır”.
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Ermənistanda mətbuat konfransı zamanı səsləndirdiyi iddialara dair şərhində yer alıb.