Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə qeyd olunan 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı paylaşım edib.

XİN-in “X” hesabında edilən paylaşımda deyilir:

“Qardaş Türkiyənin demokratik təsisatlarını və konstitusiya quruluşunu hədəf alan çevriliş cəhdinin qarşısını alarkən canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və minnətdarlıqla anırıq. 15 iyul – Demokratiya və Milli Birlik Gününüz mübarək”.

 

İstinadlar Qafqazinfo