Azərbaycan Fransanı BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrini yerinə yetirməyə çağırıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə “X” hesabında paylaşım edib. 

“BMT-nin İnsan Hüquqları Komitəsinin hesabatında Fransa tərəfindən, eləcə də ölkənin dənizaşırı ərazilərində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın icrasına dair narahatlıq doğuran məqamların qeyd olunmasını yüksək qiymətləndiririk”, – deyə paylaşımda qeyd olunub. 

Xatırladaq ki, BMT-nin İnsan Hüquqları Komitəsi bir neçə ölkələrdə, xüsusilə də Fransada insan hüquqlarına dair vəziyyətlə bağlı hesabatını açıqlayıb. Hesabatda əsas olaraq Fransada miqrantların, eləcə də dənizaşırı ərazilərdə insanların hüquqlarının kobud şəkildə pozulması yer alıb. 

İstinadlar Qafqazinfo