“Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan dilini bilən bir adam yoxdur. Bilənlər də yaddan çıxarıb”.

Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin iclasında millət vəkili Nizami Cəfərov deyib.

Deputat bəzi sözlərin tərcüməsində səhvlərin olduğunu bildirib: “Qeyri-maddi ifadəsini dəyişdirə bilmirik, hərfi tərcümə edirik. Bizim dilimizi məhv edən konvensiyalarıdır. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin adını düzgün yazmaq lazımdır. Qeyri-maddi mədəni nədir?

Mən dilçiliklə məşğulam, amma bilmirəm bu nədir. Bunun izahını vermək lazımdır. UNESCO-da Novruz bayramı qeyri-maddi mədəni irs kimi qeydiyyatdan keçib. Bu necə qeyri-maddi mədəni irs ola bilər? Xarici İşlər Nazirliyi ilə də müzakirələr aparmaq lazımdır, amma nazirlikdə Azərbaycan dilini bilən bir adam yoxdur”.

 

İstinadlar Qafqazinfo