Erməni minaları Azərbaycanda günahsız dinc insanların həyatını təhdid etməkdə davam edir.
Bu gün dörd azərbaycanlı mülki şəxs növbəti mina partlayışının qurbanı olub.
Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də məcburi köçkünlərin vətənə qayıtması prosesini ləngidir, regionda sülhün bərqərar olması səylərini sarsıdır.