ABŞ Ermənistandan tərəfdaşlıq sənədi çərçivəsində Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini tələb edə bilər. Bu, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən elan edilən strateji əməkdaşlıq çərçivəsində ola bilər.

Bunu Rusiya XİN başçısı Sergey Lavrov bildirib.

“Bu qərardan irəli gələn əsas məsələ budur. Bizim müxtəlif müqavilələrimizdə də “strateji tərəfdaşlıq” terminologiyasından istifadə olunurdu. Lakin bizi heç vaxt üçüncü ölkəyə qarşı çıxmağa məcbur etməyiblər. Biz strateji tərəfdaşlarıq, deməli, siz Rusiyaya qarşı sanksiyalara qoşulmalısınız. İndi Serbiyadan bunu tələb edirlər. Ermənistandan da tələb edəcəklər”, – o bildirib.

Onun fikrincə, ABŞ və müttəfiqləri sanksiya siyasətini beynəlxalq arenada öz fəaliyyətlərinin əsası ediblər.

Daha əvvəl bu gün Ermənistan KİV-ləri Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Entoni Blinkenin çərşənbə axşamı axşam Vaşinqtonda strateji tərəfdaşlıq sənədini imzalayacaqları barədə məlumat vermişdi.

İstinadlar Report