“Azərbaycanın daxili işlərinə müdaxiləyə heç zaman imkan verilməyəcək”.
Bunu Azərbaycan Xarici İşlər Nazilriyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Ermənistan XİN-in martın 18-də Azərbaycan əleyhinə yaydığı bəyanata cavab olaraq bildirib.
Sözçü bildirib ki, 30 illik işğal dövründə beynəlxalq qurumların işğala son qoymaq çağırışlarına və qərarlarına məhəl qoymayan Ermənistan tərəfi həmçinin 44 günlük müharibədən sonra başlatdığı beynəlxalq qurumları özünün revanşist və ərazi bütövlüyünə zidd siyasətinə alət etmək səylərinə son qoymalı, Azərbaycanın beynəlxalq qurumlarla əməkdaşlığı və əlaqələrinə müdaxilə cəhdlərini dərhal dayandırmalıdır: