Avqustun 4-də Azərbaycan ilə Portuqaliya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur.

Xarici İşlər Nazirliyindən bildirilib ki, son 3 onillik ərzində Azərbaycan və Portuqaliya ikitərəfli münasibətlərin inkişafına birgə töhfə verib və iki ölkə arasında əlaqələrin irəliləyişinin şahidi olublar.

“Bu gün ölkələrimizi ortaq maraqlar və tarixi dostluq əlaqələri birləşdirir. Biz, əlaqələrimizi möhkəmləndirən və ölkələrimiz arasında qarşılıqlı anlaşmaya kömək edən münasibətlərimizin müsbət inkişafını alqışlayırıq.

İqtisadi, mədəni və humanitar sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi, əlaqələrimizin müqavilə-hüquq bazasının daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlar ikitərəfli münasibətlərin genişləndirilməsi üçün yeni perspektivlər açır. Azərbaycan ilə Portuqaliya arasında əməkdaşlıq və dostluq yalnız ikitərəfli səviyyə ilə məhdudlaşmır. Ölkələrimiz arasında qarşılıqlı dəstək beynəlxalq təşkilatlarda, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qədim tarixə malikdir. Avropa İttifaqı çərçivəsində isə əməkdaşlıq istər ikitərəfli, istərsə də çoxtərəfli sahələrdə genişlənir.

Fürsətdən istifadə edərək münasibətlərimizi həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli formatlar çərçivəsində inkişaf etdirmək niyyətimizi bildirmək istərdik. Diplomatik münasibətlərimizin 30 illiyi təkcə qeyd etmək üçün bir səbəb deyil, həm də siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli gündəliyin genişləndirilməsi və dərinləşdirilməsi üçün qarşılıqlı öhdəlik nümayiş etdirmək üçün mühüm bir fürsətdir.

İstinadlar Report