İranın xilasetmə briqadaları göyərtəsində Prezident İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı yerə doğru irəliləyiblər.

Bu barədə İranın “Press TV” agentliyi məlumat yayıb.

“Xilasetmə qrupları göyərtəsində İran Prezidenti Rəisinin olduğu helikopterin qəzaya uğradığı əraziyə doğru hərəkət edir”, – xəbərdə deyilir.

Daha əvvəl bildirilib ki, Türkiyənin “Bayraktar Akinci” PUA-sı İbrahim Rəisini daşıyan helikopterin dağıntıları ola biləcəyi ehtimal edilən “istilik mənbəyi” tapıb.

“Anadolu” agentliyi bildirib ki, Türkiyə tərəfi qəzanın ehtimal olunan yerinin koordinatlarını İran hakimiyyətinə təqdim edib.

İstinadlar Report