“Xiaomi” şirkəti Çində uşaqlar üçün yeni model qol saatı təqdim edib.

“Mi Bunny Children Phone Watch 2C” adlanan qurğu “GPS” modulu ilə təchiz edilib, həmçinin mobil telefon funksiyasını yerinə yetirir. Çəkisi 37,8 qram təşkil edən saat quraşdırılmış akselerometrə malikdir və “Wi-Fi” şəbəkəsini dəstəkləyir. Bundan başqa, dairəvi formalı “PMOLED” displeyi ilə təchiz olunan yeni modelin korpusu qida plastikindən hazırlanıb.

Məlumata görə, saatın telefon kitabçasının tutumu məhduddur və əvvəlcədən yazılmış 10 nömrə üzrə zənglər etmək mümkündür. Həmçinin yalnız tanış abunəçilərdən zənglərin qəbuluna imkan verən “ağ kontaktlar siyahısı” funksiyasından yararlanmaq olar. Təhlükəsizlik üçün yan düymələrdən birini davamlı basmaqla aktiv olan “SOS” funksiyası nəzərdə tutulub. Nəticədə valideynlərə uşağın olduğu yerin koordinatlarını göstərən müvafiq bildirişlər göndərilir. Simsiz “Wi-Fi” adapteri valideynlərə uşaq üçün əvvəlcədən coğrafi sərhədlər yaradaraq onun olduğu yer barədə daim məlumatlı olmağa imkan verəcək.

Oxumağa dəyər:   Səudiyyə Ərəbistanı Rusiyadan quş əti və yumurta idxalını dayandırdı

Mavi və çəhrayı rənglərdə satışa çıxarılacaq “Xiaomi Mi Bunny Children Phone Watch 2C” saatının qiyməti 199 yuan və ya 31 dollar təşkil edir.

İstinadlar ict news