Çinin “Xiaomi” şirkəti “Mi Watch” “ağıllı” saatlarına sifarişlərin qəbuluna başlayıb. Bu haqda şirkət “Weibo” mikrobloqlar şəbəkəsindəki səhifəsində məlumat verib.

Istehsalçılar cihazı 1,78 düym diaqonallı sensor displey və 570 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediblər.Aksesuar 36 saatadək avtonom işləyir. “Mi Watch” “ağıllı” saatına mobil rabitəni dəstəkləyən və yüksəksürətli internetə çıxışı təmin edən daxili “4G” modemə malik “Snapdragon Wear 3100” prosessoru quraşdırılıb.

Kontaktsız ödənişlərin həyata keçirilməsi üçün qurğuya, həmçinin NFC modulu quraşdırılıb. “Ağıllı” saata 40-dək mobil proqram quraşdırmaq, həmçinin onları “ağıllı” evin idarəetməsində istifadə etmək olar.

Emil Hüseynov

İstinadlar ict news