Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda “Sinxua” xəbərlər agentliyinə verdiyi müsahibədə şirkətin baş direktoru və qurucusu Ley Szyun deyib.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.Lakin hələ ki sınaqların təfərrüatı yoxdur. Ley Szyun yalnız onu deyib ki, “Xiaomi” yüksəksürətli yeni rabitə standartlarına diqqət ayırır, “6G” şəbəkələrinin yaradılması isə peyk internet şəbəkəsinin yaradılmasından birbaşa asılıdır.

Bununla yanaşı, baş direktor bildirib ki, koronavirus pandemiyası “5G” şəbəkələrinin inkişafına mənfi təsir göstərib, ancaq şirkət bu sahəni inkişaf etdirməkdə davam edəcəyini, həmçinin beşinci nəsil şəbəkələrini dəstəkləyən smartfonlar çıxaracağını qeyd edib.

Emil Hüseynov

İstinadlar ict news