“MiReader” – “Android” mobil əməliyyat sistemi ilə işləyən və elektron mürəkkəb texnologiyasına əsaslanan displeyə malik elektron kitab oxuducusudur.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.”MiReader” 6 düymlük “e-ink” ekranla (piksel sıxlığı 212 ppi) təchiz edilib. Smartfondan fərqli olaraq belə displey daha çox kağızı xatırladır: günəşli havada mətn yaxşı görsənir, yalnız səhifənin yenilənməsinə enerji sərf olunur. Buna görə elektron kitab oxuducusunun avtonom işləmə vaxtı 1 ay müddətinə kifayət edir.

“Android 8.1 Oreo” sisteminin idarəetməsi altında işləyən “MiReader” oxuducusu bütün populyar kitab formatlarını (EPUB, DOC, PDF, TXT və digərləri) dəstəkləyir.

Yenilik 4 nüvəli “Allwinner B300” prosessoru, 1 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz edilib. Elektron kitab oxuducusunun korpusu onu rahat tutmaq üçün tutqun plastikdən hazırlanıb, çəkisi 178 qr-dır. Enerji doldurmaq üçün “USB Type-C” konnektoru quraşdırılıb.

“MiReader” elektron kitab oxuducusu hələ ki yalnız “Xiaomi” pul toplama meydançasında əlçatandır.

Oxumağa dəyər:   Bibisinin evindən tanışları ilə birgə oğurluq etdi

Emil Hüseynov

İstinadlar ict news