“Xəzərin hüquqi statusi ilə bağlı Konvensiyanı bir İran tərəfi ratifikasiya etməyib. İndi biz yenidən bu məsələnin üstünə qayıdırıq”

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında “hökumət saatında” senatorların suallaırnı cavablandırarkən bildirib.

“Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya qüvvəyə minəndə prinsipial olaraq yeni vəziyyət yaranacaq. Bu konvensiyanın əsas siyasi və hüquqi nəticəsi ondan ibarətdir ki, beş Xəzəryanı dövlət bu məkanda baş verənlərə görə bütün məsuliyyəti öz üzərinə götürür və Xəzər dənizində xarici dövlətin silahlı qüvvələrinin olmasına imkan vermir. Bəzi qərbli həmkarlarımızın bütün postsovet məkanına, xüsusi ilə də Xəzər dənizinə münasibətdə iştahasını nəzərə alsaq, bu, çox vaxtında verilmiş qərardır”.

Əlavə edəki, Xəzər dənizinə ən çox xarici aktorları cəlb edən rəsmi Bakıdır. Bu, həm iqtisadi, həm də hərbi və dənizçilik nöqteyi-nəzərindən təlimlərlə bağlıdır. Ən maraqlısı isə Bakı Xəzərlə bağlı Konvensiyanı ratifikasiya edib, Tehran isə hələlik məsələni gecikdirir. İranın da təsdiqi sonrası artıq Xəzərdə kınar ölkələrin iştirakı ilə təlimlər qadağan edilmiş olacaq.