AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Nazir: “Orta Dəhlizin inkişafı ilə bağlı Türkiyə, Azərbaycan və Qazaxıstan arasında razılıq əldə olunub”
  • Bakıda hipermarketdə silahlı insidentlə bağlı ittiham aktı elan edilib
  • Ekspert: “Roma statutunun ratifikasiyasından sonra Ermənistan suverenliyini itirmək təhlükəsi ilə üzləşib”
  • Paşinyan Qarabağda baş verənlərə görə müxalifəti ittiham edib
  • Flippində 6,4 bal gücündə zəlzələ olub
  • İlham Əliyev Maldivin yeni seçilmiş Prezidentini təbrik edib
  • Sərhəddəki uşaq bağçası 30 ildən sonra yenidən açıldı – Fotolar
  • Ölkənin ilk brend rezidensiyası – The Ritz-Carlton Residences
  • Ermənistanda yanacaq bahalaşıb
  • ABŞ-da təyyarə yaşayış binasına çırpılıb, iki nəfər ölüb
  • Nazir: “Orta Dəhlizin inkişafı ilə bağlı Türkiyə, Azərbaycan və Qazaxıstan arasında razılıq əldə olunub”
  • Ekspert: “Roma statutunun ratifikasiyasından sonra Ermənistan suverenliyini itirmək təhlükəsi ilə üzləşib”
  • Sərhəddəki uşaq bağçası 30 ildən sonra yenidən açıldı – Fotolar
  • Ölkənin ilk brend rezidensiyası – The Ritz-Carlton Residences
  • Ermənistanda yanacaq bahalaşıb
  • Avropa Parlamenti zəlzələ ilə əlaqədər Türkiyəyə 400 milyon avroluq yardımı təsdiqləyib
  • Hakan Fidan: “Terrorçular hərəkətlərinə görə peşman olacaqlar”
  • Qərbi Azərbaycan İcması Toyvo Klaarın qərəzli mövqeyini qınayıb
  • “Bu, Azərbaycanın suveren hüququdur”
  • “Fransanın Ermənistana göstərə biləcəyi ən böyük yardım…”
  • “Sülhməramlıların qalma müddəti Bakı ilə təmasda müəyyən ediləcək”
  • İlham Əliyev Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı nekroloq imzaladı
  • Rusiya XİN: “Zəngəzur dəhlizi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə töhfə verəcək”
  • Mariya Zaxarova: “Aİ İrəvanı tələyə salıb”
  • Prokuror “12-ci imam” a 13 il həbs cəzası istədi
  • Daha iki itkin şəhid torpağa tapşırıldı – Fotolar
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Xəzər rayonunda 8 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb – VİDEO
06/09/2023 15:23
Həmid Həmidov: “Fransanın Ermənistanı silahlandırması regionda təhlükəsizliyə mənfi təsir göstərəcək” – VİDEO
04/10/2023 13:23
“Xəzri-2023” birgə taktiki təlimi davam edir – Video
03/10/2023 17:29
Neftçalanın içməli su təchizatı yaxşılaşdırılır – Video
03/10/2023 16:02
Viza müddətindən artıq yaşayan 31 əcnəbi saxlanıldı – Video
03/10/2023 14:38
Selçuk Bayraktardan Prezidentə maraqlı hədiyyə – Video
03/10/2023 03:44
Oksfordda güclü partlayış olub – VİDEO
03/10/2023 01:02
Salatın Əsgərovanın şəhid edildiyi kənddən görüntülər – Video
02/10/2023 18:43
Qarabağda mühəndis işləri aparılır – Video
02/10/2023 17:11
FHN metroda təlim keçirdi – Video
02/10/2023 14:53
Başını Şuşa tut… – Tarixi görüntülər – VİDEO
02/10/2023 12:23
Prezident Bakı Beynəlxalq Astronavtika Konqresində çıxış edir – Canlı – VİDEO
02/10/2023 11:00
Son bir həftədə… – Video
01/10/2023 12:32
Bu silahlar Ağdərədə müsadirə edildi – Video
30/09/2023 14:50
Salvador Dalinin Heydər Əliyev Mərkəzindəki sərgisini 10 mindən çox ziyarətçi izləyib – VİDEO
30/09/2023 14:07
Xocavənddə müsadirə edilən artilleriya qurğularının videogörüntüləri yayılıb
30/09/2023 10:35
“Mən sənsiz ölmədim, məni bağışla…” – Qənirə Paşayevanın bacısı
30/09/2023 09:02

Video xəbərlər

  • Həmid Həmidov: “Fransanın Ermənistanı silahlandırması regionda təhlükəsizliyə mənfi təsir göstərəcək” – VİDEO
  • “Xəzri-2023” birgə taktiki təlimi davam edir – Video
  • Neftçalanın içməli su təchizatı yaxşılaşdırılır – Video
  • Viza müddətindən artıq yaşayan 31 əcnəbi saxlanıldı – Video
  • Selçuk Bayraktardan Prezidentə maraqlı hədiyyə – Video

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

04/10/2023
17:14 Nazir: “Orta Dəhlizin inkişafı ilə bağlı Türkiyə, Azərbaycan və Qazaxıstan arasında razılıq əldə olunub”
17:07 Bakıda hipermarketdə silahlı insidentlə bağlı ittiham aktı elan edilib
17:05 Ekspert: “Roma statutunun ratifikasiyasından sonra Ermənistan suverenliyini itirmək təhlükəsi ilə üzləşib”
16:59 Paşinyan Qarabağda baş verənlərə görə müxalifəti ittiham edib
16:56 Flippində 6,4 bal gücündə zəlzələ olub
16:53 İlham Əliyev Maldivin yeni seçilmiş Prezidentini təbrik edib
16:50 Sərhəddəki uşaq bağçası 30 ildən sonra yenidən açıldı – Fotolar
16:48 Ölkənin ilk brend rezidensiyası – The Ritz-Carlton Residences
16:44 Ermənistanda yanacaq bahalaşıb
16:41 ABŞ-da təyyarə yaşayış binasına çırpılıb, iki nəfər ölüb
16:38 Avropa Parlamenti zəlzələ ilə əlaqədər Türkiyəyə 400 milyon avroluq yardımı təsdiqləyib
16:25 Fransa ilk dəfə Polineziya ilə bağlı iclasa qatılacaq
16:23 Hakan Fidan: “Terrorçular hərəkətlərinə görə peşman olacaqlar”
16:20 Qərbi Azərbaycan İcması Toyvo Klaarın qərəzli mövqeyini qınayıb
16:08 İntihar faktı üzrə başlanmış cinayət işinin istintaqı yekunlaşıb
16:01 “Bu, Azərbaycanın suveren hüququdur”
15:59 İstanbulda terror aktı təşkil edən “rəhbər şəxs” Suriyada məhv edilib
15:56 “Fransanın Ermənistana göstərə biləcəyi ən böyük yardım…”
15:55 “Müəllimlərə hədiyyə verilməsi yolverilməzdir” – BŞTİ müdirindən xəbərdarlıq
15:53 Rusiya XİN Qranada görüşünün ləğv edilməsinə münasibət bildirib
15:35 Britaniyanın Baş naziri dünya dövlətlərini Ukraynaya dəstəyi davam etdirməyə çağırıb
15:23 Özbəkistan Prezidenti Rusiyaya səfər edəcək
15:19 “Sülhməramlıların qalma müddəti Bakı ilə təmasda müəyyən ediləcək”
15:17 İlham Əliyev Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı nekroloq imzaladı
15:14 Norveç Müdafiə Nazirliyi: “Rusiya Ukraynada böyük itkilər verib”
15:14 Qanunsuz kömür istehsal edənlər cəzalandırıldı – Fotolar
15:11 Rusiya XİN: “Zəngəzur dəhlizi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə töhfə verəcək”
15:11 Mariya Zaxarova: “Aİ İrəvanı tələyə salıb”
15:08 TürkAK növbəti dəfə AZSTAND-ı akkreditasiya edib
15:05 Prokuror özünü “12-ci İmam” adlandıran şəxsə 13 il iş istəyib
14:59 XİN: “Ermənistanın Qarabağın erməni sakinləri arasında təşviş yaratması sülh səylərinə mane olur”
14:56 Prokuror “12-ci imam” a 13 il həbs cəzası istədi
14:53 Daha iki itkin şəhid torpağa tapşırıldı – Fotolar
14:53 Zaxarova İstanbulda “məxfi” görüşün keçirildiyini təsdiqlədi
14:50 Azərbaycan Ermənistan XİN-in separatçıların həbsi ilə bəyanatını pisləyib
14:23 Ekspert: “BMT missiyasının bəyanatı Qarabağda ermənilərə heç bir təzyiqin olmadığını göstərib”
14:11 Şəhid övladlarının məşhur astronavtlarla görüşü keçirilib – Fotolar
14:09 İlham Əliyev bu səbəbdən Paşinyanla görüşdən imtina etdi
14:05 Ankarada bina yanıb, 1 yağınsöndürən həlak olub
13:35 AMEA prezidenti: “Xoşbəxt Yusifzadə Xəzərdə 20-dən çox yatağın kəşf edilməsində böyük rol oynayıb”
13:31 Sabah leysan yağacaq
13:29 KİV: “Rusiya Ukraynada İkinci Dünya müharibəsindəki taktikadan istifadə edir”
13:23 Həmid Həmidov: “Fransanın Ermənistanı silahlandırması regionda təhlükəsizliyə mənfi təsir göstərəcək” – VİDEO
13:17 Ağ ev rəsmisi: “Hazırda zaman Ukraynanın əleyhinə işləyir”
13:11 Kamran İmanov: “Xoşbəxt Yusifzadə haqqında bütün xatirələr yaddaşımızda qalacaq”
13:08 I Qarabağ müharibəsində itkin düşən Veysəl Qasımovun döyüş yoldaşı: “Son gülləsinə kimi döyüşdü”
13:05 Araik belə saxlanılıb – Fotolar
12:56 “İlk cümlədən görünür ki, USAİD-in Gürcüstan DTX-yə verdiyi cavab səmimi deyil”
12:53 Emin Əmrullayev: “Xoşbəxt Yusifzadənin elmə verdiyi töhfələr həmişə xalqımıza xidmət göstərəcək”
12:52 “Elə bil böyük qardaşımı itirmişəm” – Rövnəq Abdullayev
12:50 İsa Həbibbəyli: “Xoşbəxt Yusifzadə əvəzsiz xidmətlər göstərmiş alim idi”
12:50 ASALA: “Sinaqoqları yandıracaq və bütün dünyada yəhudilərə qarşı terror aktları törədəcəyik”
12:47 39 yaşlı kişi qonşusunu güllələdi
12:44 Türkiyənin sabiq xarici işlər naziri İlham Əliyevə təbrik məktubu göndərib
12:41 Bu il 100 uşaq övladlığa verilib
12:38 Bakıda məşhur xalça dizayneri Yan Katın sərgisi açılıb
12:38 Bağçada işləmək istəyənlərin nəzərinə!
12:36 Pərviz Şahbazov: “Bu il BTC ilə 609 min ton Qazaxıstan nefti nəql olunub”
12:29 Niderlandlı deputatlar Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı məlumatlandırılıblar
12:26 I Qarabağ müharibəsində itkin düşən şəhidin nəşi doğulduğu kəndə gətirilib, vida mərasimi keçirilir

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Xəzər rayonunda 8 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb – VİDEO

Hadisə 06/09/2023 15:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəzər rayonunda polisin keçirdiyi əməliyyatlar zamanı 8 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 61 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı həyata keçirdikləri əməliyyat tədbiri zamanı əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Ceyhun Hüseynov və 1979-cu il təvəllüdlü Zakir Əhmədov saxlanılıblar.

Onlardan 4 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. İdarə əməkdaşlarının avqust ayında həyata keçirdikləri digər əməliyyatlar zamanı isə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 55, satışının təşkil edilməsi ilə bağlı 9 fakt aşkar edilib.

Qeyd edilən hallarla bağlı 61 nəfər saxlanılaraq barələrində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin şəxslərdən 8 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmid Həmidov: “Fransanın Ermənistanı silahlandırması regionda təhlükəsizliyə mənfi təsir göstərəcək” – VİDEO

Multimedia 04/10/2023 13:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Fransanın Ermənistana silah və hərbi texnika tədarükü regionda sabitliyə və təhlükəsizliyə mənfi təsir göstərəcək”.

Bunu “Global Media Group”un media direktoru Həmid Həmidov CBC telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Fransanın bu məsələ isə bağlı açıqlamaları sırf populizmdir: “Bu, ilk növbədə təhlükəlidir, çünki NATO-nun üzvü olan Türkiyə Ermənistanla qonşudur. Çətin ki Fransanın bu addımı Türkiyənin xoşuna gəlsin”.

H.Həmidov vurğulayıb ki, Fransa artıq bir neçə ildir tamamilə açıq şəkildə birtərəfli ermənipərəst mövqe tutur, ona görə də Fransanın son bəyanatlarında təəccüblü heç nə yoxdur: “Fransa həm Avropa İttifaqında, həm də beynəlxalq aləmdə mövqeyini itirir. O, hələ də imperiya olduğunu göstərməyə çalışır, lakin bütün bunlar mənasızdır”.

Media direktoru hesab edir ki, Ermənistan Roma statutunu Fransa və ABŞ-ın diktəsi ilə ratifikasiya edib. Bu isə Ermənistanın Rusiya ilə qarşıdurmada Qərbin və Fransanın əlində vasitə olduğunu deməyə əsas verir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Xəzri-2023” birgə taktiki təlimi davam edir – Video

Multimedia 03/10/2023 17:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan və Qazaxıstanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimi davam edir.

Əvvəlcə təlimin planına uyğun olaraq keçirilən brifinqdə iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar, onların icra ardıcıllığı və digər zəruri məlumatlar verilib.  

Sonra hər iki ölkənin HDQ-nin şəxsi heyəti və gəmiləri ilə müxtəlif epizodlar üzrə tapşırıqlar məşq etdirilib, həmçinin onlar arasında döyüş uzlaşması həyata keçirilib.

Qeyd edək ki, təlim məşqlərinə cəlb olunan heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Neftçalanın içməli su təchizatı yaxşılaşdırılır – Video

Multimedia 03/10/2023 16:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Neftçala rayonunun içməli su çatışmazlığından əziyyət çəkən kənd və qəsəbələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə icra olunan layihənin birinci mərhələsi yekunlaşıb.

Bu “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. 

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Neftçala rayonunda icra olunan layihə çərçivəsində Pirəbbə, Aşağı Surra, Aşağı Qaramanlı, Astanlı, Dördlər, Xıllı, Ballıcalı, Boyat, Bala Surra, Qaraqaşlı, Şorkənd, Cəngan, Beştalı, Ərəbqardaşbəyli, Yenikənd, Qırmızı Şəfəq, Mayak 1, Mayak 2, Şirvanlı, Yeni Qışlaq, Haqverdili, Mikayıllı, Qızqayıtlı, Dalğalı, Sarıqamış, Sahiloba kəndlərinin və Bankə qəsəbəsinin içməli su təchizatı yaxşılaşdırılıb. Şirvan-Muğan qrup su kəmərindən 2020-ci və 2023-cü illərdə Neftçala rayonuna çəkilmiş 2 magistral su kəməri rayon mərkəzi ilə yanaşı, kənd və qəsəbələrin  də içməli su təminatı üçün əlverişli imkan yaradıb. Hazırda yeni yaradılmış infrastrukturdan 18 yaşayış məntəqəsinə çıxışlar verilib və daşıyıcı su xətləri çəkilib. Hazırda həmin kəndlərin su təchizatı ümumi istifadə üçün quraşdırılmış bulaqlar hesabına aparılır.

Oxumağa dəyər:   Avstriya, Polşa və Çexiya Slovakiya ilə sərhədə nəzarət tətbiq edib

Eyni zamanda magistral kəmərlərdən uzaqlıqda yerləşən 9 yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması üçün 5 ədəd subartezian quyusu qazılıb, quyu sularının keyfiyyətinin  standartlar səviyyəsinə çatdırılması məqsədilə 6 ədəd əks osmos tipli qurğu quraşdırılıb. Layihə çərçivəsində Bankə qəsəbəsində 39 km mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb və 1700 ünvana ev birləşməsi verilərək sayğaclar quraşdılıb. Hazırda qəsəbə sakinləri keyfiyyətli içməli su ilə təmin olunur.
Ümumilikdə icra olunan layihələr çərçivəsində Neftçala rayonunun kənd və qəsəbələrində 90 km olan içməli su xətləri inşa edilib. Layihə çərçivəsində 30 minədək kənd sakini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilib.

Layihənin növbəti mərhələsində Neftçala rayonunun 11, eləcə də Salyan rayonunun 6 kəndinin içməli su təchizatının yaxşılaşdısrılması məqsədilə Şirvan-Muğan qrup su kəmərindən yeni magistral su kəmıri inşa ediləcək. Artıq bu layihə üzrə tender proseduru yekunlaşıb və yaxın günlərdə tikinti işlərinə başlanılacaq.

Oxumağa dəyər:   ABŞ-nin ən varlı adamı o oldu

Qeyd edək ki, layihə icra olunana qədər Neftçala şəhəri və rayonun kəndlərinin içməli su təchizatı Kür çayından və suvarma kanallarından götürülərən su hesabına aparılırdı. Yay aylarında Kür çayında su səviyyəsinin azalması və keyfiyyətinin pisləşməsi səbəbindən qurğuları xam su ilə təmin etmək mümkün olmurdu. Buna görə də modul qurğuların su təminatı sudaşıyan maşınlarla ödənilirdi.

Xatırladaq ki, hazırda Şirvan-Muğan  qrup su kəmərindən Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar şəhərləri və 24 kənd keyfiyyətli içməli su ilə təmin olunur.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Viza müddətindən artıq yaşayan 31 əcnəbi saxlanıldı – Video

Multimedia 03/10/2023 14:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Dövlət Miqrasiya Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdiyi birgə tədbirlər zamanı Bakı şəhərində müxtəlif ünvanlarda viza müddətindən artıq yaşayan 31 əcnəbi saxlanılıb.

Bu şəxslərin xaricdə yerləşən turizm şirkəti vasitəsilə 2500 Amerika dolları müqabilində Azərbaycan Respublikasında əmək fəaliyyətiylə məşğul olmaq vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edilməsi müəyyən olunub.

Təşkilatçı əcnəbiləri Bakı şəhərində müxtəlif ünvanlarda yerləşdirib, onların mənzilləri tərk etmələrinə mane olaraq ölkə ərazisində qanunsuz miqranta çevrilmələrinə şərait yaradıb. Aşkar edilən hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.

Ümumilikdə, 2023-cü ilin sentyabr ayı ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən təbirlər zamanı Dövlət Miqrasiya Xidməti tərəfindən 873 əcnəbi saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib. Həmin dövr ərzində miqrasiya qanunvericiliyini pozan 312 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub. Eyni zamanda ölkədə olma, yaşama, əcnəbilərin işə cəlb olunması və digər aidiyyəti məsələlərlə bağlı ümumilikdə 2221 inzibati qərar qəbul edilib.

Oxumağa dəyər:   Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var

Vətəndaşlardan qanunsuz miqrasiya halları ilə rastlaşdıqda Dövlət Miqrasiya Xidmətinin (012) “919” Çağrı mərkəzini məlumatlandırmaları xahiş olunur. Çağrı mərkəzi həftənin 7 günü 24 saat fəaliyyət göstərir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Selçuk Bayraktardan Prezidentə maraqlı hədiyyə – Video

Multimedia 03/10/2023 03:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak ediblər.

Mərasimdə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar İlham Əliyevə maraqlı hədiyyə verib.

O, İlham Əliyevə kiçik ölçülü pilotsuz uçuş aparatının maketini hədiyyə edib. PUA üzərində İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın imzaları da yer alıb.

Həmin görüntüləri təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Oksfordda güclü partlayış olub – VİDEO

Multimedia 03/10/2023 01:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Böyük Britaniyanın Oksfordşir qraflığının paytaxtı Oksfordda güclü partlayış olub.

Insident “Severn Trent Water” müəssisəsində baş verib.

Böyük yanğına ildırımın tullantı emalı zavodundakı qaz konteynerlərinə vurması səbəb olub.

Hadisə yerinə təcili yardım xidmətləri cəlb edilib. İlkin məlumata görə, hadisədə zərər çəkən yoxdur.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Salatın Əsgərovanın şəhid edildiyi kənddən görüntülər – Video

Multimedia 02/10/2023 18:43
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şuşa rayonunun Böyük Qaladərəsi kəndinin videogörüntüləri yayılıb.

“Qafqazinfo” həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, Azərbaycanın ilk şəhid qadın jurnalisti olan Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən məhz bu kənd yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qarabağda mühəndis işləri aparılır – Video

Multimedia 02/10/2023 17:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Qarabağ bölgəsinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər həyata keçirilir”.

Bu Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən cari ilin sentyabrın 21-dən oktyabrın 2-dək bölgədə 18 ədəd piyada əleyhinə mina, 105 ədəd tank əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Mühəndis təminatı üzrə görülən tədbirlərdə əsas səylər ərazilərin minalardan təmizlənməsinə, eləcə də yeni təminat yollarının çəkilməsinə yönəldilir. Qeyd olunan ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir”, – MN-in məlumatında bildirilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN metroda təlim keçirdi – Video

Multimedia 02/10/2023 14:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Xətai” stansiyasında təlim keçirilib.

Nazirlikdən verilən məlumata görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.

Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Xətai” stansiyasının platformaaltı kabel kollektorunda şərti qısaqapanma baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib.

FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.

Oxumağa dəyər:   Avstriya, Polşa və Çexiya Slovakiya ilə sərhədə nəzarət tətbiq edib

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 5 ədəd texnikası və 41 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Başını Şuşa tut… – Tarixi görüntülər – VİDEO

Multimedia 02/10/2023 12:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Real TV”nin rəhbəri Mir Şahin Ağayevin “Bizim yeni era” teleoçerki yayımlanıb.

Müəllif layihədə artıq başa çatan Qarabağ münaqişəsindən, 90-cı illərin əvvəllərində və ondan öncəki dövrdə Azərbaycan qarşı aparılan məkirli siyasətdən, ölkəmizin sonda ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən danışıb.

Eyni zamanda, “Bizim yeni era” teleoçerkində tarixi kadrlar da öz əksini tapıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezident Bakı Beynəlxalq Astronavtika Konqresində çıxış edir – Canlı – VİDEO

Multimedia 02/10/2023 11:00
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Azərbaycanın Kosmik Agentliyinin (“Azərkomos”) və Beynəlxalq Astronavtika Federasiyasının tətəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi keçirilir.

Prezident İlham Əliyev Konqresdə çıxış edir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Son bir həftədə… – Video

Multimedia 01/10/2023 12:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Müdafiə Nazirliyi həftəlik icmalını (24.09.2023 – 01.10.2023) açıqlayıb.

“Qafqazinfo” icmalın videosunu təqdim edir:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu silahlar Ağdərədə müsadirə edildi – Video

Multimedia 30/09/2023 14:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat və müxtəlif təyinatlı döyüş texnikasının müsadirə edilməsi üzrə tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ağdərə ərazisindəki mülki infrastruktur obyektlərinə baxış zamanı növbəti silah-sursat anbarı müəyyən edilib.

Anbardan aşkar edilmiş xeyli sayda patron, əl qumbaraları, minaatan, müxtəlif çaplı ağır artilleriya və tank mərmiləri, tankəleyhinə raket komplekslərinin idarəolunan raketləri və digər döyüş sursatları, həmçinin müxtəlif təyinatlı döyüş texnikası müsadirə edilib.

Bundan başqa qeyd olunan istiqamətdəki dayaq məntəqəsindən də silah və sursatla dolu yeşiklər aşkar edilərək götürülüb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Salvador Dalinin Heydər Əliyev Mərkəzindəki sərgisini 10 mindən çox ziyarətçi izləyib – VİDEO

Multimedia 30/09/2023 14:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Heydər Əliyev Mərkəzində aprelin 27-dən açılan  “Salvador Dali. Sürrealizm mənəm” sərgisini indiyədək 10 mindən çox ziyarətçi izləyib.

Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunan əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələri yer alıb.

Oktyabrın 8-dək davam edəcək sərginin təşkil olunduğu məkanda  ötən həftəsonu  “Salvador Dalinin ilham pərisi” adlı rəqs tamaşasının premyerası keçirilib.
Tamaşa “Nine Senses” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə təqdim olunur.

Dram janrında hazırlanan tamaşa müasir balet, qrafik texnologiya və musiqini özündə birləşdirərək sürrealizmin dahisi sayılan Salvador Dalinin əsərləri fonunda təqdim edilir. Əsər həm də Dalinin həyat yoldaşı Qalaya sonsuz sevgisini əks etdirir.

Təqdimatdan əvvəl tamaşaçılar məşhur ispaniyalı rəssam Salvador Dalinin əsərlərindən ibarət “Sürrealizm mənəm” sərgisi ilə tanış olublar.

Ziyarətçi Sayalı Baharın sözlərinə görə, Salvador Dali çox epataj sənətkardır: “20-ci əsrdə çox böyük inqilab edib. Heydər Əliyev Mərkəzində belə bir sərgi və tamaşada iştirak etdiyimə görə çox şadam”.

Oxumağa dəyər:   Ukrayna Ordusu Rusiyaya məxsus 41 PUA-nı zərərsizləşdirib

Rusiyanın Sankt-Peterburq şəhərindən olan ziyarətçi Leonid Yakovlev tədbiri çox bəyəndiyini deyib: “Çox qəribədir, amma Dalinin bəzi əsərlərində Azərbayacan incəsənəti ilə oxşarlıqlar sezdim. Məsələn, şəkillərdə Qobustan təsvirlərini gördüm. Sərginin keçirilməsi çox yaxşı oldu. Burada orijinal əsərlərə baxmaq mümkündür”. 

Daha sonra tamaşa nümayiş olunub. 

“Salvador Dalinin ilham pərisi” tamaşasının ideya müəllifi və xoreoqrafı Anna Verdedir.

Unikal layihədə Moskvada fəaliyyət göstərən teatrların aktyorları yer alıb: Eduard Axmetşin, Regina Axmetşina, Adeliya Qalimova, Yuliya Perepelitsa, Artyom Noçvin.

“Salvador Dali” obrazının ifaçısı Eduard Axmetşinin sözlərinə görə, tamaşanın hazırlıq prosesi çox çəkib: “Bu obrazı oynamaq üçün çox sayda sənədli filmə baxmışam. Təkcə çıxıb oynamaq üçün deyil, həm də daxili dünyasını yaşamaq və tanaşaçıya çatdırmaq üçün”. 

Digər ziyarətçi Aytən Fətəliyeva tamaşanı çox bəyəndiyini bildirib: “Həqiqətən də əsərin içinə girdim, canlı izlədim. Emosiyalar çox canlı idi, aktyorlar peşəkar idi. İnşallah belə tədbirlər çox olar. Heydər Əliyev Mərkəzinin sərgilərini hər zaman bəyənirəm, bu da onlardan biri idi”. 

Oxumağa dəyər:   Nigerin baş naziri: "Fransa hakimiyyət nümayəndələrimizə qəsd planları hazırlayıb"

Hüseyn Məmmədsalahov

Video: Pərvin Zeynal








İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xocavənddə müsadirə edilən artilleriya qurğularının videogörüntüləri yayılıb

Multimedia 30/09/2023 10:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Müdafiə Nazirliyi Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının videogörüntülərini yayıb.

“Report” həmin görüntüləri təqdim edir:

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Mən sənsiz ölmədim, məni bağışla…” – Qənirə Paşayevanın bacısı

Sosial-iqtisadi 30/09/2023 09:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Millət vəkili Qənirə Paşayevanın vəfatı ilə bağlı bacısı Kəmalə Paşayeva sosial media hesabında paylaşım edib.

O, deputatla fotosunu Ramiz Rövşənin “Ayrılıq” şeiri ilə ifadə paylaşıb:

“Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla!

“Ölmədim” deyirəm, nə bilim axı, –

Bəlkə də, mən sənsiz ölmüşəm elə,

Qəbirsiz-kəfənsiz ölmüşəm elə”.

Qeyd edək ki, Q. Paşayeva sentabrın 28-i axşam saatlarında 48 yaşında Mərkəzi Klinikada vəfat edib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 04/10/2023 13:23

Həmid Həmidov: “Fransanın Ermənistanı silahlandırması regionda təhlükəsizliyə mənfi təsir göstərəcək” – VİDEO

Read more
Multimedia 03/10/2023 17:29

“Xəzri-2023” birgə taktiki təlimi davam edir – Video

Read more
Multimedia 03/10/2023 16:02

Neftçalanın içməli su təchizatı yaxşılaşdırılır – Video

Read more
Multimedia 03/10/2023 14:38

Viza müddətindən artıq yaşayan 31 əcnəbi saxlanıldı – Video

Read more
Multimedia 03/10/2023 03:44

Selçuk Bayraktardan Prezidentə maraqlı hədiyyə – Video

Read more
Multimedia 03/10/2023 01:02

Oksfordda güclü partlayış olub – VİDEO

Read more
Multimedia 02/10/2023 18:43

Salatın Əsgərovanın şəhid edildiyi kənddən görüntülər – Video

Read more
Multimedia 02/10/2023 17:11

Qarabağda mühəndis işləri aparılır – Video

Read more
Multimedia 02/10/2023 14:53

FHN metroda təlim keçirdi – Video

Read more
Multimedia 02/10/2023 12:23

Başını Şuşa tut… – Tarixi görüntülər – VİDEO

Read more
Multimedia 02/10/2023 11:00

Prezident Bakı Beynəlxalq Astronavtika Konqresində çıxış edir – Canlı – VİDEO

Read more
Multimedia 01/10/2023 12:32

Son bir həftədə… – Video

Read more
Multimedia 30/09/2023 14:50

Bu silahlar Ağdərədə müsadirə edildi – Video

Read more
Multimedia 30/09/2023 14:07

Salvador Dalinin Heydər Əliyev Mərkəzindəki sərgisini 10 mindən çox ziyarətçi izləyib – VİDEO

Read more
Multimedia 30/09/2023 10:35

Xocavənddə müsadirə edilən artilleriya qurğularının videogörüntüləri yayılıb

Read more
Sosial-iqtisadi 30/09/2023 09:02

“Mən sənsiz ölmədim, məni bağışla…” – Qənirə Paşayevanın bacısı

Read more
Multimedia 30/09/2023 08:50

Qarabağda ermənilərin döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir – VİDEO

Read more
Multimedia 29/09/2023 21:25

Şuşa-Xankəndi yolunda tərk edilmiş döyüş mövqelərinin kadrları yayılıb – VİDEO

Read more
Multimedia 29/09/2023 20:17

Qərbi Azərbaycan Xronikası: “Ermənilərdən qorumaq üçün qızımla oğlumu kartofun arasında gizlətdim” – VİDEO

Read more
Multimedia 29/09/2023 19:05

Prezidentin Zəngilandakı çıxışının – Videosu

Read more
Multimedia 29/09/2023 17:57

Binəqədidə içməli sudan qanunsuz istifadənin qarşısı alındı – Video

Read more
Multimedia 29/09/2023 14:05

Sözləri Qənirə Paşayevanındır… – VİDEO

Read more
Multimedia 29/09/2023 13:35

“Uşaq yaşlarından şəhid olacağını deyirdi…” – VİDEO

Read more
Multimedia 29/09/2023 11:47

Uçan körpünün yerində yenisi inşa edilir – Video

Read more
Multimedia 29/09/2023 10:38

Yeni qazlaşan Çay Üzü kəndinin şəhid ailələri ziyarət olundu – Video

Read more
Multimedia 29/09/2023 10:35

Azad olunmuş ərazilərdə mühəndis təminatı üzrə tədbirlər davam edir – VİDEO

Read more
Multimedia 29/09/2023 00:29

Qərbi Azərbaycan Xronikası: Ermənistan Qərbi Azərbaycanı ərazi olaraq tanıyacaq – VİDEO

Read more
Multimedia 27/09/2023 21:34

“Antiterror tədbiri sanki cərrahiyə əməliyyatı kimi icra olundu”

Read more
Multimedia 27/09/2023 19:30

Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir – Fotolar+Video

Read more
Multimedia 27/09/2023 16:41

Kəmaləddin Heydərov Zəfər parkında – Video

Read more
Multimedia 27/09/2023 15:21

Müdafiə Nazirliyinin rəhbər heyəti inşası davam etdirilən Zəfər parkında olub – VİDEO

Read more
Multimedia 27/09/2023 15:14

Canım oğlum… – Videoreportaj

Read more
Multimedia 27/09/2023 15:08

Kəmaləddin Heydərov İbrahim Yumaklı ilə görüşdü – Video

Read more
Multimedia 27/09/2023 09:20

Vətən uğrunda döyüşən hər bir əsgər Qəhrəmandır! – Video

Read more
Multimedia 27/09/2023 09:17

Müdafiə Nazirliyi Anım Günü ilə bağlı paylaşım edib – VİDEO

Read more
Multimedia 26/09/2023 22:41

Belə başlamışdı… – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla