Azərbaycanın ABŞ-dəkı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşüüb.

Səfir bu barədə “X” hesabında bildirib.

“Dünən Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşüm zamanı onların işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi korrupsiyanın məhsulu olduğuna dair açıq sübutlar təqdim etdim.

Həmçinin, mən onlara bu yaxınlarda yazdığım məktubda Birləşmiş Ştatlarda pisləşən dini dözümlülüyü təşviq etmək üçün öz köməyimizi təklif etdim”, – deyə səfir qeyd edib.

İstinadlar Qafqazinfo