Noyabrın 27-də Moskva şəhərində “Xəzər dialoqu 2019” XII beynəlxalq iqtisadi forum keçiriləcək.

Bu barədə “Report”un Rusiya bürosuna forumun təşkilat komitəsindən bildiriblər.

Qeyd edək ki, Rusiyanın Xarici İşlər Nazirliyi və bir sıra rəsmi qurumlarının dəstəyi və yaxından iştirakı ilə hər il keçirilən forumun məqsədi Xəzərin təbii ehtiyatlarının tədqiqi, dəyərləndirilməsi və istifadəsində, təbii, texnogen, geoloji risqlərin müşahidəsi və aradan qaldırılmasında, bioloji sərvətlərin mühafizəsinin daha da artırılmasında beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir.

Forum çərçivəsindəki tədbirlərdə Xəzəryanı ölkələrin hakimiyyət qurumlarının, neft-qaz şirkətlərinin, elmi idarələrin, innovasiya və sahəvi təşkilatların nümayəndələri iştirak edəcək. O cümlədən elm və təhsil müəssisələrinin gənc alimləri, Xəzərdə çalışan neft qaz şirkətlərinin gənc mütəxəssisləri də keçiriləcək müzakirələrə dəvət olunublar.

Qarşıdakı forumun ən mühüm tədbiri “Xəzərin keşiyində olan innovasiyalar” adlı konfrans olacaq.

İstinadlar Report