Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Əhmədli” metro stansiyasının yaxınlığında avtomobil yolu keçən 1996-cı il təvəllüdlü İmanova Qərənfil Əbülfət qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və açıq kəllə-beyin travması diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

İstinadlar Report