
Azərbaycanın İrandaki səfirliyinə edilən hücum BMT, NATO, Avropa İttifaqı, Türk Dövlətləri Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən qınanılıb.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
XİN başçısının müavini qeyd edib ki, silahlı hücum dünyanın 60-dan çox ölkəsinin dövlət başçısı, xarici işlər nazirləri və səfirləri tərəfindən terror aktı kimi pislənib.