Ukraynanın Xarkov vilayətinin İzyum şəhərində 7 yeniyetmə tapdıqları insanəleyhinə minanın partlaması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə Xarkov vilayətinin hərbi administrasiyasının başçısı Oleq Sinequbov teleqramda bildirib.

Onun sözlərinə görə, faciə fevralın 3-də yerli vaxtla 20:00-da (Bakı vaxtı ilə 22:00) radələrində baş verib. 14-17 yaşlı üç oğlan və dörd qız insanəleyhinə minanın fraqmentini aşkarlayıb. Yeniyetmələrdən biri onu qaldıraraq başqa tərəfə atdıqdan sonra mina detonasiyaya uğrayıb.

Partlayış sonucunda yeniyetmələr qəlpə yaraları alıblar. Onların vəziyyəti qənaətbəxşdir.

İstinadlar Report