Azərbaycanda xarici dövlətlərin məhkəmə hökmlərindən irəli gələn məhkumluq barədə məlumat cəza təyin edilərkən nəzərə alınacaq.

Bu, sentyabrın 22-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış Cinayət Məcəlləsində dəyişiklikdə əksini tapıb.

Qanunun 83-cü maddəsinə (Məhkumluq) təklif olunan dəyişiklikdə qeyd edilib ki, həm Azərbaycan, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmünə əsasən yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişində daxil olduqda və müvafiq hökm Azərbaycanda qanunala müəyyən edilmiş qaydada tanındıqda, bu məhkumluq da cinayətlərin residivi zamanı və ya cəza təyin edilərkən nəzərə alınacaq.

Məcəlləyə dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

İstinadlar Report