
Peşəkar kosmetoloq Kəmalə Məmmədbəyova ilə müsahibə.
– Kəmalə xanım, Bakıda kifayət qədər tanınmış kosmetoloqsunuz. Amma sizi hələ də tanımayanlar üçün özünüz haqda məlumat verərdiniz.
– Etimadınız üçün təşəkkür edirəm. Mən artıq 15 ildir həkim-kosmetoloq kimi bir çox klinika və mərkəzlərdə fəaliyyət göstərirəm. Hazırda da həm həkim, həm də kosmetoloq kimi xanımlar və bəylərə ən müasir üsullar və cihazlarla xidmət göstərirəm.
– Hazırda ən çox tələbat olan kosmetik prosedurlar hansılardır?
– Təbii ki, hər dövrün öz dəbi, tərzi var. Gözəllik də dəblə uyğun olmalıdır. İndiki zamanın dəbi həm xanımlar, həm də kişilər üçün əsasən boya uyğun minimum çəki, formada və əzələli bədən quruluşudur. Həmçinin xanımların əsas arzusu oval və sərt üzlər, qabarıq dodaqlardır. Amma bu, heç də şərt deyil. Hər kəsin fərdi zövqünə uyğun, həyat mövqeyi, bədən və üz quruluşuna harmonik olacaq prosedurlar etməyə çalışırıq.
– Tanınmış şəxslərlə işləyirsinizmi?
– Əlbəttə. Tanınmışlar daha çox formada olmağa, sağlam və gümrah görünməyə ehtiyac duyur. Hər zaman göz önündə olmaqları səbəbindən məşhurların müraciətləri daha çoxdur. Xüsusi qeyd edim ki, pasiyentlərin şəxsi məlumatları qorunur və nə qədər məşhur olsalar da, mən onların adlarını açıqlamamaq öhdəliyi və həssaslığına malikəm. Bu səbəbdən kimsənin adını açıqlaya bilməyəcəyimi anlayışla qarşılayacağınıza ümid edirəm.
– Bəzi insanlar hələ də kosmetik prosedurlar üçün xaricə üz tuturlar. Bunun səbəbi nədir və onlara məsləhətiniz necə olar?
– Təəssüf ki, doğrudur.. Səbəbi isə doğru bilinən yanlışlardır. İnsanlarda elə bir fikir yaranıb ki, hər şeyin ən yaxşısı xaricdə olur. Bu, yalnız kosmetik işlərdə deyil, tibbin digər sahələri, hətta şoppinq və sairədə də belədir. Tibb sahəsində bizim dünya səviyyəli həkim və klinikalarımız var. Bizdə elə tibbi mərkəzlər var ki, oradakı müasir avadanlıqlar əksər xarici ölkədə hələ yoxdur. Amma yenə də sterotiplər… Unutmayaq ki, bizimçün xaric olduğu kimi, biz də digər ölkələr üçün xaricik və sevindirici haldır ki, bu gün qonşu ölkələrdən həm mənə, həm də bizim digər mütəxəssislərə çoxlu müraciətlər də olur. Eyni zamanda xaricə gedib istədiyi nəticəni ala bilməyən pasiyentlər də nəticədə yenidən bizim ölkənin peşəkarlarına üz tuturlar.
– Bəzən tibbi gərək olmadan kosmetik əməliyyatlara baş vuranlar da olur. Psixoloji əsaslı bu cür müraciətlərə reaksiyanız necə olur?
– Təbii ki, belə hallar da olur. Həmin hallarda biz pasiyentə izah etməyə çalışırıq ki, buna gərək yoxdur. Bəzən çox gənc xanımlar daha sonrakı yaşlarda edilməli olan prosedurlar istəyirlər. Onlara da hələ gənc olduqlarını, gəncliyin özünün bir gözəllik olduğunu uyğun bir tərzdə anlatmağa çalışırıq. Ancaq bütün hallarda yenə də son söz pasiyentindir….
– Peşənizin ən maraqlı və ən çətin tərəflərini açıqlayardınız..
– İnsan öz işini sevirsə, o zaman bütün çətinliklər ona asan görünür. Mən isə işimə aşiq, işin hər anından zövq alan biriyəm. Ona görə də çətinlik yox, maraq məsələsinə yönəlmək istəyirəm. Çünki hər şəxs mənim üçün bir yenilik və maraqdır. Öz işimi bəzən bir növ yaradıcılığa bənzədirəm. Eynilə rəssamlar kimi… Rəssam necə yeni bir rəsmə başlayarkən beynindəki təsəvvürü formalaşdırır və sonda tabloda alıncaq nəticənin mükəməlliyi üçün bütün enerji və zövqünü qoyaraq gözləyir, biz də elə..Hər işim mənim üçün çox maraqlıdır. Bütün səylərimi qarşı tərəfin nəticədən razı qalmasına yönəldirəm və onların üzündə gördüyüm məmnunluq və xoş təbəssüm ən böyük hədiyyədir və əvəzolunmaz duyğudur
– Son olaraq xanımlara tövsiyəniz və iş yeriniz haqda nələri deyərdiniz?
– Xanımlarımıza hər zaman gözəl, formada və baxımlı olmağı arzu edirəm. Əgər zərurət varsa, kosmetik prosedurları gecikdirməməyi və qorxmamağı da məsləhət görürəm. Məsələn, böyümüş buxaq proseduru və digər piy problemləri, yəni liposaksiya bəzi xanımlara çətin problem kimi görünsə də, biz bunu çox asan və peşəkar şəkildə həll edərək neçə-neçə xanımlarımızı sevindiririk. Digər prosedurları da böyük məharətlə yerinə yetirdiyimizi yüzlərlə pasiyentimiz təsdiqləyə bilər. Qısası, əgər əsaslı kompleks yaradan səbəbləriniz varsa, tam arxayınlıqla müraciət edə bilərsiniz.
Ünvan: Sonamed klinikası ( Molla Cümə küç, 19 B)
Əlaqə: 050 598 36 18