
“Yol” sistemi ilə ölkəni tərk edən hərbi yaşda olan 10 minə yaxın ukraynalı geri qayıtmayıb. Eyni zamanda, bütün xaricə gedənlərin təxminən 11%-ni çağırışçılar təşkil edib.
Bu barədə Ukraynanın “Qlavkom” nəşri məlumat yayıb.
Qeyd olunub ki, “Yol” sisteminə 96 442 nəfər hərbi yaşda olan kişi daxil olub: “Onlara geri qayıtmaq şərti ilə Ukraynanı tərk etməyə icazə verilib. 66374 nəfər xaricə səyahət etmək üçün verilən icazədən uğurla istifadə edib”,