
“Qarabağın erməni sakinləri bilmirdilər ki, Azərbaycan hakimiyyəti onların hüquqlarını təmin etməyə hazırdır və onlar burada qalıb yaşaya bilərlər”.
Bunu ailəsi ilə birlikdə Qarabağı tərk edən erməniəsilli qadın deyib.
O bildirib ki, Azərbaycandan heç bir təzyiq görməyiblər, əksinə, separatçı rejimin rəhbərlərinin əməlləri onları buna məcbur edib.
Qərarını və qayıdıb-qayıtmayacağını soruşduqda qadın cavab verib ki, Arayik Arutyunyan rejimi onları buna vadar edib. Onun sözlərinə görə, onlar Azərbaycan hökumətinin erməni əhalisinin bütün hüquqlarını təmin etməyə hazır olduğunu bilmirdilər: “Bizim bundan xəbərimiz yox idi. Bu barədə sizdən eşitmişik. Onda niyə geri qayıtmayaq? Təbii ki, bunu istərdik”.
Xanımın həyat yoldaşı isə xunta rəhbərindən şikayətlənərək Arayik Arutyunyan kimilərin “vurulmalı” olduğunu deyib.