Arzularından imtina etdiyin, qarşına qoyduğun məqsədlərdən geri çəkildiyin və qorxduğun üçün dəyişikliklərə qərar vermədiyin anları xatırla. Tək qalmaq, kənardan bəraət qazanmamaq, yanlış yolu seçmək, qarşındakı məqsədin öhdəsindən gəlməmək… Hər birimizin daxilində belə bir qorxu var. Və bu təbii haldır. Ən əsası bu hissin kök salmasına imkan verməmək və onu sizin yol yoldaşınıza çevirməkdir. Bəlkə də o heç sizin düşməniniz deyil? Bəlkə də bu hiss, arxasında əsl həyatın başladığı komfort zonasından çıxış həddini müəyyən edən həmin o kompasdır? Bəlkə də bu hissi düzgün istiqamətə yönəldərək səni daha yaxşı etməyə qadirdir? Biz də başdan qorxurduq və bu qorxu uğurlu qadınlarımızın hekayəsini sənə danışmaq üçün bu gün bizi burada bir araya gətirdi! Nələrdən keçdikləri, nələrlə mübarizə apardıqları və necə qalib gəldikləri haqda danışdılar. Səni nailiyyətlərə aparan yolda heç nəyin dayandıra bilmədiyini və ilk addım atmağın nə qədər əhəmiyyətli olduğunu göstərmək üçün danışdılar …

Oxumağa dəyər:   "5G" cərrahi əməliyyatın həyata keçirilməsinə kömək edib

Xanımlar müraciətlərində bunu qeyd etdilər.