Ötən ay yol qəzasına düşən türkiyəli müğənni İbrahim Tatlısəs sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Uzun müddətdir İzmirdə yaşayan, konsert və proqram çəkilişləri ümün İstanbula gələn ifaçı Tviter səhifəsində yazıb:

“Biz həyat yoldaşımla boşandıq. Bağçalı gözəl bir ev tapıb yenidən evlənməyi düşünürük”.

Özündən 43 yaş kiçik Gülçin Karakaya ilə eşq yaşayan və onunla münasibəti bitən Tatlısəsin “Xanımımdan boşandım” mesajını kimə yazması maraq doğurub.

Xatırladaq ki, bir müddətdir oğlu Ahmet Tatlısəslə qalmaqal yaşayan İbrahim Tatlısəs Gülçin Karakaya ilə münasibətlərinin bitməsinə oğlunun səbəb olduğunu eyham edib. O, oğlunu “Məni sevgilimdən ayırdı” deyə ittiham etmişdi.