
İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis ətrafına endirdiyi aviazərbələr nəticəsində ölən fələstinlilərin sayı 49-a çatıb, ən azı 186 nəfər yaralanıb.
Bu barədə anklavın Səhiyyə Nazirliyinin teleqram kanalında məlumat verilib.
“Bazar ertəsi səhər saatlarından etibarən İsrail ordusunun Xan Yunis bölgəsinə hücumları nəticəsində ən azı 49 nəfər ölüb, 186-dan çox yaralı var. Yaralılar Nasser tibb kompleksinə aparılıb”, – qurumdan bildirilib.