Dünyasını dəyişən dünya çempionu Xamis Məmmədov son mənzilə yola salınıb.

Bu barədə mərhumun dostları sosial şəbəkələrdə məlumat paylaşıblar.

Belə ki, idmançının nəşi ötən gün dəfn olunması üçün Sabirabadın Salahlı kəndinə aparılıb. Dəfində ölkənin tanınmış idmançılar, məşqçilər və dostları iştirak edib.

Qaydasız döyüş üzrə dünya çempionu son mənzilə Azərbaycanın üçrəngli bayrağı ilə yola salınıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi açıqlama yayaraq idmançımızın ağciyərlərin tromboemboliyası diaqnozu ilə dünyasını dəyişdiyini bildirib.

İstinadlar axar.az