SEPAH-ın Qüds qanadının komandanı İsmayıl Qaani infarkt keçirib və xəstəxanaya aparılıb.

Bu barədə “Sky News Arabia ” İran mənbələrinə istinadən yazıb.

Məlumata görə, İsmayıl Qaani Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsinə səbən olma ittihamı ilə bağlı günlərdir’ zirzəmi istintaqı’na salınıb  və dindirilmə zamanı infarkt keçirib.

Günlərdir onun yoxa çıxması İsrail tərəfindən öldürülməsi və ya qaçırılması ilə bağlı söz-söhbətlərə səbəb olmuşdu. İndi isə onun İranın özü tərəfindən oğurlandığı məlum olub.

Qeyd edək ki, dünən İsmayıl Qaaninin Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi ilə bağlı istintaqa çağırıldığı və Xameneinin nəzarəti altında olan şəxslər tərəfindən dindirildiyi barədə məlumat yayılmışdı.

Qalmaqallı açıqlamaları ilə tanınan Ərəb İslam Şurasının baş katibi Seyid Məhəmməd Əli Əl-Hüseyni  “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Qaaninin İsrail casusu olduğunu bildirib və onu Qasım Süleymani, Həsən Nəsrullah, İsmayıl Haniyə və başqalarının ölümünə bais olmaqda ittiham edib.