İranın Ermənistanla əlaqələri genişləndirmək siyasəti davam edəcək.

Bunu İranın ali dini lideri Əli Xamenei Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.

“Mərhum prezidentimizin Ermənistanın sərhəd problemlərinə böyük həssaslığı var idi, bu həssaslıq və diqqət bundan sonra da nəzərə alınmalıdır. İranın Ermənistanla əlaqələri genişləndirmək siyasəti cənab Müxbirin rəhbərliyi altında davam edəcək. İran və Ermənistan arasında münasibətlərin əleyhdarları var, ona görə də hər iki ölkə ilə bağlı məsələlər böyük diqqətlə həll olunmalıdır”, – o bildirib.

Qeyd edək ki, Ermənistan Baş naziri Paşinyan Rəisinin vida mərasimində iştirak etmək üçün Tehrana gedib.