Avropa İttifaqı, ABŞ və NATO-nun Cənubi Qafqazla bağlı son qərarı heç bir halda həyata keçməyəcək.

Bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Əl-Məyadin” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz İranın təhlükəsizlik zonasının mühüm bir hissəsi olduğu üçün Avropa İttifaqı, NATO və ABŞ-nin Brüsseldəki qərarı heç bir halda həyata keçirilməyəcək.

Müşavir ABŞ, Avropa İttifaqı, NATO və Ermənistanın iştirakı ilə aprelin 5-də Belçikanın Brüssel şəhərində keçirilən toplantıya münasibət bildirərək deyib ki, Avropa İttifaqı və ABŞ NATO çərçivəsində Brüsseldə toplaşaraq yeni qətnamə qəbul edib: “Cənubi Qafqaz regionuna yeni işğal və qeyri-qanuni müdaxilə planı hazırlayaraq dünyanın bu çox həssas bölgəsinə guya sülhü təşviq etmək məqsədilə müdaxilə etmək istədiklərini birbaşa bəyan ediblər”.

İstinadlar Report