“Qələbəyə çatmağımızda Türkiyə və İranın böyük zəhməti var”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.

“Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz, bəlkə də, olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xamenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm.

Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”, – Şeyx bildirib.

Qeyd edək ki. Şeyxin açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.