İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin baş müşaviri, Nəzarət Şurasının üzvü Əli Laricani noyabrın 14-də Suriyaya yola düşüb.
Məlumatı “Tasnim” yayıb.
Bildirilib ki, Əli Laricani İranın nümayəndə heyətinə başçılıq edir. Onlar Suriyadakı rejimin başçısı Bəşşar Əsəd və yüksək səviyyəli başqa suriyalı dövlət məmurları ilə görüşəcək.