“İqtisadi təzyiq vasitəsilə rejimlə xalqı qarşı-qarşıya gətirmək istəyirlər. Axmaqlıq edirlər, çünki onlar xalqın özünün rejim olduğunun fərqində deyillər”

Bu sözləri İranın Ali dini lideri Ayətullah Əli Xamenei ölkəsindəki etirazlarla bağlı danışarkən söyləyib. O, ABŞ-ın İrana qarşı yeritdiyi siyasətlə düşmənliyini artırdığını, İran xalqının da bu ölkəyə nifrətinin çoxaldığını deyib. Dini lider əvvəlki ABŞ prezidentlərinin də Donald Tramp kimi İrana təzyiq göstərdiklərini, lakin uğursuzluğa düçar olduqlarını bildirib:
“ABŞ-a təslim olmayacğıq. Təslim olmağın bədəli müqavimət göstərməkdən daha ağır ola bilər”.
Xamenei həmçinin xalqa qarşı laqeydlik etməməsi üçün səlahiyyətli şəxslərə xəbərdarlıq edib.
Qeyd edək ki, son günlər ABŞ sanksiyaları və rialın devalvasiyası fonunda İranda iqtisadi vəziyyət ağırlaşıb. Artıq Tehran bazarı bağlanıb və silsilə etirazlar müşahidə olunmaqdadır.

İstinadlar Axar