İranin ali rəhbəri Əli Xamenei bildirib ki, İran Suriyadakı obyektlərinə endirilmiş zərbələrə cavab verəcək

Xamenei deyib: “İndi hər belə zərbəyə cavab zərbəsi alacaqsınız”.
İran lideri xəbərdarlıq edib ki, “rəqibin zərbə endirdikdən sonra cavabdan qaça bildiyi dövrlər geridə qalıb”.
Xameneinin çıxışı rəsmi Dəməşqin tərəfində vuruşan İran döyüşçülərinin yerləşdiyi obyektlərə endirilmiş raket zərbələrinə cavab olub.Raket zərbəsi nəticəsində iranlı hərbi müşavirlər arasında ölənlər var.