Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Mürşüdoba kəndindən keçən hissəsində baş verib.

Belə ki, TIR (“VOLVO”) və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində Dağıstan respublikası vətəndaşı, 1978-ci il təvəllüdlü Sultanov Murad Maqamedoviç müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

“VAZ-2107”-nin sürücüsü isə hadisə yerində ölüb. Onun kimliyi hələ məlum deyil və meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

İstinadlar Report