Xaçmaz dəmir yolu əməkdaşları narkokuryeri 3 kiloqram narkotiklə yaxalayıblar

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin və tabeçiliyində olan Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı İran vətəndaşına narkokuryerlik edən Bakı şəhər sakini Natiq Əlizadəni saxlayıblar.

Həmin şəxsin üzərinə baxış keçirilən zaman hər biri 1,5 kiloqram olan ümumilikdə 3 kiloqrama yaxın narkotik vasitə olan heroin və marixuana, psixotrop maddə olan metamfetamin, eləcə də psixotrop təsirə malik həblər (ekstazi) aşkar edilərək götürülüb.

İstinadlar Report