Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Niyazoba kəndində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil qəfil idarəetməni itirərək aşıb. Qəza nəticəsində sürücü – 65 yaşlı Əzizağa Əhmədov ölüb.  Avtomobildə olan daha 3 nəfər isə xəsarət alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo