Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi olub.

Hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Müşkür kəndindən keçən hissəsində baş verib.

Belə ki, “Mercedes” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində Xaçmaz rayon sakini, 1970-ci il təvəllüdlü Elnarə Nəcməddin qızı Məcidova, Siyəzən rayon sakinləri 1996-cı il təvəllüdlü Fərid Nəbi oğlu Əliyev, 1993-cü il təvəllüdlü Anar Teymur oğlu Əliyev və 1997-ci il təvəllüdlü Fərid Vuqar oğlu Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər dörd yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İstinadlar Report