Xaçmaz rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Əsədov Ülvi Anar oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

İstinadlar Report